Hər kəs peşmandır həyatda.. Ömrünü hədər edən də peşmandır, özünü bir heç uğruna məhv edən də peşmandır. Fani həyatı asan zənn edən də peşmandır, hirsinin əsiri olan da peşmandır. Şükr edən də peşmandır, səbr edən də… Biləndə peşmandır bilməyən də… Birincidəkilər, cəhalətin, məlumatsızlığın, nankorluğun, tükənmişliyin, insan qala bilməmənin, hədəfə çata bilməmənin peşmanlığını yaşar. Mənfi peşmanlıq, son peşmanlıqdır ki heç bir fayda verməz, müsbət peşmanlıq isə insanı yüksəldən bir axtarışdır, faydası çoxdur… Hamımızın qarşısından bir həyat keçir.. Və eyni anda hamımızın həyatından bir keçmiş keçir. Həyat və keçmişin təsirində biz həm bir gələcək həm də bir keçmiş namizədiyik. İnsan olduğumuz qədər də insanlıqdan yanayıq… Bu günki "böyük insanlıq mənzərəsi" də bizim əsərimizdir. Keçmişiylə, gələcəyiylə məsuliyyət bizə aiddir. Məsul və günahkar insandır… Və hər insan peşmandır… Yeri əsla yaramayacağı, boyu dağlara çata bilməyəcəyi halda yer üzündə lovğalanaraq gedən insan peşmandır. Qürurluluğu təvazökar olmağa seçən insan peşmandır… Ölümdən qorxub da ölümü yox etməyə çalışan insan peşmandır… Ölüm sonrasına hazırlıq etməyən insan peşmandır… Ölümdən nəsihət götürməyən insan peşmandır… Hər şeyin öhdəsindən gələ bilməyəcəyini tez unudan insan peşmandır… Heç kimin özünə güc çatdıra bilməyəcəyinə inanaraq hər şeyə hakim olmaq üçün məşğul olarkən həyatı yaşanmaz hala gətirən insan peşmandır… Çarəsizlik tələsinə düşən, hər vəziyyətdə və hər vaxt bir ümid işığı olduğunu ağılından çıxaran insan peşmandır… Etdiyi yaxşılığı böyük görüb başa qaxan və yaxşılıqlarını izah edərək onları qiymətsizləşdirən insan peşmandır. Yaxşılığı qarşılıq gözləmədən etməyən insan peşmandır… Yaxşılıq etmə imkanı önünə qədər gəldiyi halda yaxşılığa əli çatmayan insan peşmandır… İnsanları xor və alçaq görən peşmandır… Böyüklük kompleksinə qapılıb, insanları əzərək yoldaşlarını özündən uzaqlaşdıran insan peşmandır… Özünə bir pislik edildiyində dərhal cavab verən insan peşmandır. İnandığı kimi yaşamayan insan peşmandır… İnsanları özündən uzaqlaşdıran və getdikcə eqoistləşən insan peşmandır… Yalana göz qırpan insan peşmandır… Nəfsindən razı olan insan peşmandır… Haqq və ədalət duyğusunu itirmiş insan peşmandır… Ağılına gələni söyləyən, sözü dartmasını bilməyən insan peşmandır… İnsanlara güvən verməyən insan peşmandır. Nümayiş edib xeyirə də mane olan insan peşmandır… Mərhəmət etməyən insan peşmandır… Ağlını, ürəyini işlətməyən insan peşmandır… Özündən yaxşı vəziyyətdə olanlara baxıb kədərlənən insan peşmandır… İmkanlarını insandan yana istifadə etməyən insan peşmandır. Allahdan qorxmayan insan peşmandır... Allahdan haqqıyla qorxmayan insan da peşmandır… Günah və səhvini bildiyi halda tövbə etməyən insan peşmandır… Yaşayarkən vicdanının səsini eşitməyən insan peşmandır… Bilən də peşmandır bilməyən də… İnanan da peşmandır inanmayan da… Ele men de Peshmanam!....

Теги других блогов: peşmanlıq həyat insanlıq